Milli Azərbaycan Tarixi Muzeyində “Elmi macəralar saatı” layihəsi çərçivəsində Bakı İstanbul liseyinin və Zəngi liseyinin şagirdlərinə “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv və ustad dərsləri keçirilib.
İki hissədən ibarət olan dərsin birinci hissəsi məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyində keçirilib. Ekskursiya zamanı muzeyin Foto-neqativ materialları fondunun müdiri Afət Kərimova, İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları - baş mütəxəssis Aynur Babayeva, həmin şöbənin baş mütəxəssisi Qənirə Qafarlı və kiçik elmi işçi İlahə Sarıyeva şagirdlərə H.Z.Tağıyevin həyat və fəaliyyəti, daha sonra muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev- muzeyinin arxitekturası haqqında ətraflı məlumat veriblər. Dərsin ikinci hissəsində şagirdlər üçün kvest şəklində intellektual oyun təşkil olunub.
Sonda şagirdlərə ustad dərsi keçirilib, buta formalı gips fiqurunun rənglənməsi qaydası öyrədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.