Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı tədbir keçirilib. Tədbirdə İdrak liseyinin şagirdləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva “Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edib, dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinin inkişafında xüsusilə muzeylərin yaradılması sahəsində əvəzsiz rolundan danışıb.
Sonra İdrak Liseyinin şagirdləri foto-slaydın müşayiətilə Heydər Əliyevin həyat və fəaliyyəti barədə çıxış ediblər. Daha sonra şagirdlər arasında Ulu Öndərə həsr olunmuş sual-cavab əsasında intellektual sorğu keçirilib.
Sonda şagirdlərə muzeyin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ekspozisiya zalında ekskursiya aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.