Şotlandiya Mayakları muzeyinin direktoru Lynda McGuigan, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Dəniz xidmətləri deparamentinin müdir müavini Rizvan Nəzərov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib.
Ekspozisiyada nümayiş olunan nadir, tarixi əhəmiyyətli eksponatlar qonaqların marağına səbəb olub. Lynda McGuigan Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatların peşəkarlıqla qorunmasını və təqdimatını yüksək qiymətləndirib.
Görüş zamanı hər iki ölkə arasında elmi tədqiqatlar, təcrübə mübadiləsi, birgə sərgi layihələri üzrə əməkdaşlıq və mədəni əlaqələrin inkişafı barədə söhbət aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.