Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən tədbirlər çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Elmi macəralar saatı“ layihəsi əsasında 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinə “Naxçıvanın qədim mədəniyyəti Milli Azərbaycan Tarix Muzeyinin eksponatlarında” adlı mühazirə keçirilib. Mühazirə muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d, dosent Nasir Quluzadə tərəfindən keçirilib.
N.Quluzadə mühazirəsində qeyd edib ki, muzeyin Arxeologiya fondunda mühafizə olunan arxeoloji materialların bir qismini Naxçıvan tapıntıları təşkil edir. Eneolitdən başlayaraq Orta əsrlər dövrünədək böyük bir mərhələni əhatə edən bu tapıntılar I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun (Qızılvəng), Naxçıvan, Danaqırd və Xaraba Gilan abidələrindən aşkar olunub. Tədqiqatçı alim N.Quluzadə arxeoloji tapıntıların Naxçıvanın qədim şəhər mədəniyyətinin öyrənilməsində də çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.