YARAT Müasir İncəsənət Məkanında ICOM- Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin "COP29 konfransının qonaqlarını qəbul etməkdə muzeylərin rolu-görülən işlər barədə hesabat" mövzusunda növbəti iclası keçirilib. İlk olaraq, ICOM Azərbaycan Milli Komitəsinin sədri Əsmər Babayeva qonaqları salamlayıb və iclasın əhəmiyyəti haqqında geniş məlumat verib.
Daha sonra Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə edilməsi departamentinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədr müavini, COP29 Art kurartoru Nərgiz Abdullayeva, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rema Zeynalova, YARAT Müasir İncəsənət Məkanının direktoru Fərəh Ələkbərli fotoslaydların müşayiəti ilə COP29 ərəfəsində keçirilmiş tədbirlərlə və görülmüş işlərlə bağlı geniş məruzələrlə çıxış ediblər.
Sonda COP29 ərəfəsində görülən işlərlə bağlı videoçarx nümayiş olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.