Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının müdiri, rəssam və heykəltəraş Ərəstun Şahverdiyev nüfuzlu WEIP (World Environmental and Industrial Perspectives) jurnalına ("İncəsənətin xilaskarı" layihəsi çərçivəsində) geniş müsahibə verib. Ə.Şahverdiyev müsahibədə texnologiyanın sənətkarlıq və mədəni irsin qorunması sahəsinə təsirini dəyərləndirib.
Ərəstun Şahverdiyev bildirdi ki, müasir texnologiyalar bərpa işlərində inqilabi dəyişikliklərə səbəb olub. O qeyd edib ki, bu texnologiyalar sənətkarlığın mahiyyətini dəyişməsə də, iş prosesini optimallaşdırır və vaxt itkisinin qarşısını alır, lakin əl işinin yaratdığı ruhu əvəz edə bilmir. Müsahibədə Ə.Şahverdiyev rəssam və heykəltəraş olaraq texnologiyanın yaradıcılıq prosesində yeni üfüqlər açdığını vurğulayıb. Həmçinin müsahibədə muzeylərin mədəni irsin qorunmasında texnologiya vasitəsilə oynadığı rola diqqət çəkilib. Ə.Şahverdiyev deyib ki, rəqəmsallaşdırma və bərpa texnologiyalarının inkişafı gələcək nəsillər üçün tarixi və mədəni dəyərləri daha əlçatan edir.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.