Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti Eldar Adıgözəlov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı muzeydə görməkdən məmnun olduğunu bildirib. Akademik N.Vəlixanlı muzey haqqında ətraflı məlumat verib, eyni zamanda Azərbaycan-Qazaxıstan əlaqələrini birləşdirən eksponatların muzeydə qorunduğunu və bu eksponatlar əsasında nəşrlərin çap olunduğunu vurğulayıb.
Sonra E.Adıgözəlov muzeyin yeni ekspozisiyası ilə tanış olub, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatların peşəkarlıqla qorunmasını və təqdimatını yüksək qiymətləndirib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.