Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” adlı monoqrafiyası nəşr olunub (Bakı: Azpoliqraf LTD: 2024, 320 s.). Təqdim olunan monoqrafiyada Azərbaycan Demokrat Firqəsinin 1947-1949-cu illərdə Bakıda nəşr olunmuş “Azərbaycan” qəzetinin materialları və dövrün digər qaynaqları əsasında Cənubi Azərbaycanda “21 Azər” hərəkatı, şah rejimi əleyhinə demokratiya uğrunda xalq mübarizəsi, dövrün ziyalıları, dövlət xadimləri, ictimai-siyasi, iqtisadi problemlər, milli maarifçilik, təhsil, mədəniyyət məsələləri və s. haqqında məlumat verilib. Muzeyin Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiya mövzu ilə maraqlanan tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyanın elmi redaktoru t.e.d. Nərgiz Əliyevadır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.