Milli Azərbaycan Tarixi Muzeyində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərs, “Şam ağacı” ustad dərsi və muzeyə ekskursiya keçirilib. Dərsdə Bakı şəhəri 317 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
İki hissədən ibarət dərsin birinci hissəsində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev muzeyinin arxitekturası və H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Sonra şagirdlər üçün intellektual oyun təşkil olunub və şam ağacı formasında gips fiqurunun rənglənməsi qaydası öyrədilib.
Daha sonra şagirdlər müxtəlif intellektual və əyləncəli oyunlar oynayıb, pazllar qurublar.
Sonda İnnovasiyalar və təhsil proqramları şöbəsinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən muzeyin ekspozisiyasına ekskursiya təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.