Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycanın qədim tarixini özündə əks etdirən çox sayda tapıntı mövcuddur. Bu tapıntılar arasında qədim dövrlərdə istifadə olunmuş zərif işləməli zərfayans qablar xüsusi yer tutur. Keramikanın xüsusi bir qrupu olan zər naxışlı fayanslar texnoloji cəhətdən çox mürəkkəb bir prosesdə hazırlanır. Bu tip qablar hazırlanma prosesində şirləndikdən və ilkin olaraq dulus sobasında bişirildikdən sonra, şir qatının üzərindən zər ilə bəzədilir və yenidən sobaya yerləşdirilir. Nəticədə, sözügedən qablar həm estetik görünüşü, həm də yüksək keyfiyyəti ilə seçilir və dövrünün sənətkarlıq incilərindən biri kimi dəyərləndirilir.
Təqdim olunan eksponat XII əsrin sonu-XIII əsrin əvvəlinə aid miniatür stildə hazırlanmış, zər ilə naxışlanmış, iki qulplu və lüləkli qabdır. Zərfayans qabın naxış kompozisiyasının əsasını suvarilər təşkil edir. Suvariləri bir-birindən rombvari formaya malik olan ağaclar ayırır.
Qeyd edək ki, sözügedən eksponat arxeoloji tədqiqat işləri nəticəsində Örənqala-Beyləqan abidəsindən aşkar olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.