Rusiyanın Altay diyarının Barnaul şəhəri “Лукoморы” yaradıcılıq birliyinin əməkdaşı Volf Yelena Aleksandrovna Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Qonağa muzeyin tarixi, kolleksiyaları və fəaliyyəti barədə ətraflı məlumat verilib. Muzeyin kolleksiyasında nümayiş etdirilən qədim arxeoloji tapıntılar, etnoqrafik materiallar və milli geyimlər qonağın xüsusi marağına səbəb olub. Mütəxəssis, həmçinin muzeyin Etnoqrafiya elmi fond şöbəsində olub və fondun gəlincik kolleksiyası ilə maraqlanıb. Gələcəkdə xalqlarımızın mədəni əlaqələri əsasında birlikdə maraqlı sərgilər keçirmək haqqında söhbət edilib. Sonra Yelena Aleksandrovna Azərbaycan xalqının tikmə sənəti numunələri əsasında hazırladığı suvenir və döş sancaqlarını muzeyə hədiyyə edib. Sonda xatirə fotosu çəkilib və qonağa muzeyin nəşrlərindən olan “Azərbaycan ailəsinin uşaq dunyası” adlı kitab-albom hədiyyə edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.