Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Qayıdış” Gənclər Təşkilatı və “DAVAM” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova açaraq, qonaqları salamlayıb. S.Nəsirova tədbirin əhəmiyyətindən bəhs edərək, bu qanlı faciənin səbəbləri barədə ətraflı məlumat verib, 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb.
Sonra Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli çıxışında qeyd edib ki , "20 Yanvar faciəsi – xalqımızın müstəqillik və suverenlik uğrunda göstərdiyi qəhrəmanlığın simvolu olaraq tariximizdə əbədi iz qoyduğu bir gündür."
“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsində yazdığı şanlı tarix, milli birlik və qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb.
Sonra Vətən Müharibəsi qazisi Hikmət Məmmədov, Aprel döyüşlərinin iştirakçısı, Qarabağ Müharibəsi qazisi Əhliyyət Mehdiyev öz çıxışlarında qeyd ediblər ki, “20 Yanvar faciəsini təkcə bir hüzn günü kimi deyil, həm də xalqımızın azadlıq uğrunda göstərdiyi əyilməz iradənin, birliyimizin və qəhrəmanlığımızın parlaq nümunəsi kimi xatırlayırıq, şəhidlərimizin ruhu qarşısında baş əyirik və onların mirasını daim yaşadacağıq”.
Sonda 20 Yanvar faciəsi kimi mühüm tarixi hadisələri öz obyektivində əks etdirən fotomüxbir Rasim Sadıxov öz xatirələrini bölüşüb .
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.