1990-cı il 20 yanvar tarixində Sovet ordusunun Bakıya və digər şəhərlərə hücumu nəticəsində dinc insanlara qarşı misli görülməmiş qətliam törədilib. Bu hadisə nəticəsində 147 nəfər həlak oldu, 744 nəfər yaralandı və yüzlərlə insan itkin düşdü. 20 Yanvar faciəsi xalqımızın müstəqillik və azadlıq uğrunda göstərdiyi iradənin, qəhrəmanlığın və vətənpərvərliyin simvolu olaraq tarixə həkk olundu. Hər il olduğu kimi, bu gün də şəhidlərimizin xatirəsi dərin ehtiramla anılır.
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunan, 20 Yanvar faciəsini əks etdirən eksponatları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.