Azərbaycan bədii metal sənətində zərgər və minasaz kimi çalışan Elşən Sahibcanov və qızı, gənc rəssam Fidan Sahibcanova tərəfindən mina texnikası ilə hazırlanmış “Nizami” adlı panno Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib. Mina texnikası qədim və mürəkkəb dekorativ-tətbiqi sənət növüdür. Bu texnika əsasən zərgərlik, ikonaların bəzədilməsi və dekorativ pannoların hazırlanmasında istifadə edilir. Adətən metal bir səth üzərində (mis, gümüş və ya qızıl) şüşə əsaslı xüsusi mina boyaların yüksək temperaturda bişirilməsi ilə yaranan çox mürəkkəb, eyni zamanda olduqca zərif bir incəsənət sahəsidir. Ölkəmizdə bu texnika geniş yayılmasa da, Elşən Sahibcanov bu sahədə ilk sənətkarlardan biri kimi tanınır.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Elşən Sahibcanova qiymətli hədiyyəyə görə ona təşəkkürnamə təqdim edib. Bu hədiyyə həm milli incəsənət irsimizin qorunması, həm də sözügedən sənətin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.