Bu gün şəhid, baş leytenant Azad Hümbətovun doğum günündən 29 il ötür. Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulmuş, əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək, leytenant rütbəsi almışdır. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.
Vətən Müharibəsi zamanı Füzuli, Qubadlı və Laçın istiqamətlərində döyüşlərdə iştirak etmiş, böyük qəhrəmanlıq göstərərək, düşmənin 5 tankını ələ keçirmiş və döyüş yoldaşlarını mühasirədən xilas etmişdir. Minaya düşərək, yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməmişdir.
Azad Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və İkinci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azad Hümbətov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları və "Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunmuşdur. 2021-ci ilin dekabrında Bakıdakı mərkəzi küçələrdən birinə onun adı verilmişdir.
Azad Hümbətova məxsus hərbi geyim dəsti, qol saatı və fotolar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.