Bu gün, 25 yanvar, Azərbaycanın görkəmli hərbi xadimi, İkinci Dünya Müharibəsinin qəhrəmanlarından biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Tank Qüvvələrinin general-mayoru Həzi Əhəd oğlu Aslanovun həlak olmasından 80 il keçir.
Milli Azərbaycan Tarixi Muzeyində Həzi Aslanovun şanlı döyüş yolunu və həyatını əks etdirən dəyərli materiallar nümayiş olunur. Muzeyin ekspozisiyasında general-mayora məxsus hərbi forma (şinel, şalvar, çəkmə, papaq və s.), müxtəlif orden və medalları və.s. ziyarətçilərə təqdim edilir.
Bundan başqa, Həzi Aslanovun xatirəsinə aid olan çoxsaylı qiymətli materiallar muzeyin fondlarında qorunur. Burada onun şəxsi sənədləri, nadir fotoşəkilləri, yazışmaları və digər tarixi əşyaları saxlanılır.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın İkinci Dünya Müharibəsindəki iştirakına dair ən zəngin materiallar toplusuna və kolleksiyalara malik olan, ölkənin ən böyük muzey müəssisələrindən biri kimi fərqlənir. Muzey Həzi Aslanov kimi qəhrəmanların həyatını və xidmətlərini yaşatmaqla yanaşı, gələcək nəsillərə ötürülməsinə töhfə verir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.