Milli Azərbaycan Tarixi Muzeyinin Nadir kitablar fondunda Qafqazın yaşayış məntəqələrini və tayfalarını təsvir edən materiallar toplusu (Сборник материалов для описания местностей и племён Кавказа – СМОПК) mühafizə olunur. Materiallar 1881-1915-ci illərdə Tiflisdə Qafqaz canişini Baş İdarəsinin mətbəəsində çap olunub, müəyyən fasilədən sonra 1929-cu ildə Şimali Qafqaz dağdiyarşünaslıq təşkilatlarının Mahaçqaladakı birliyi sayəsində 45-ci və sonuncu 46-cı sayı işıq üzü görüb. Çoxcildli topluda Qafqazın tarixi, arxeologiyası, dilçilik və etnoqrafiyasına dair geniş materiallar, onların tarixinə dair oçerklər yer alır. Topluda Qafqaz xalqlarının lüğətləri və nağılları, azərbaycanlıların, gürcülərin, osetinlərin, dağ yəhudilərinin məişəti və adət-ənənələri, folkloru, kənd və şəhərlərin təsviri, onların tarixi haqqında məqalə və materiallar yer alıb. Topluda qeyd olunmuş ritual, lirik mahnı və rəvayətlər Qafqaz xalqlarının dilinin gözəlliyini, mənəvi mahiyyətini açır. Sözügedən nəşrdə dərc olunmuş materialların toplanmasında yerli Qafqaz məktəb və gimnaziyalarının müəllimlərinin köməyindən istifadə olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.