2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya sahələrində xüsusi fərqlənən gənclər arasında Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi Mircavid Ağalarovun adı qeyd edilib. Mükafat gənclər və idman naziri Fərid Qayıbov tərəfindən təqdim olunub.
Bu mötəbər mükafat onun elmi fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Muzeyin kollektivi olaraq Mircavid Ağalarovu təbrik edir, ona elmi və yaradıcılıq uğurlarının davamlı olmasını arzulayırıq!
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.