"Kredo" qəzetinin növbəti sayında (No 4, 4 fevral 2025) İctimai xadim və şairə Gülqədəm Mirzəzadənin "Adımı dəyişib Vətən qoyardım" adlı məqaləsi dərc olunub. Məqalədə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan "Azərbaycan" qəzetinin (1947-1949) materiallarından bəhs edilir. Həmçinin, məqalədə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d, dosent Əli Fərhadovun "Azərbaycan" qəzetində (1947-1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” adlı monoqrafiyası təqdim olunur. Bu kitab əsasında güneyli şair Əli Tudənin yaradıcılığı haqqında da məlumat verilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.