Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fonduna Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mayoru, şəhid Vüsal Vəliyevə aid şəxsi əşyalar (kitel, şalvar, iki ədəd fotoşəkil, Vüsal Vəliyev haqqında “525-ci qəzet” , “Hərbi and” qəzetlərində dərc olunan məqalələr və Sabrina Gültəkinin “Şəhid Vüsalın dastanı” adlı kitabı) daxil olub.
Vüsal Vəliyev 15 iyul 1988-ci il də Şərur rayonunun Dizə kəndində anadan olub. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub. Mayor Vüsal Vəliyev vətənə xidməti zamanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Vüsal Vəliyev Vətən Müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, noyabr ayının 9-da qəhramancasına şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vüsal Vəliyev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.