Milli Azərbaycan Tarixi Muzeyində Faşizm üzərində qələbənin 80 illiyinə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş seminarı keçirilib. Seminarda Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Seminarda İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək, Azərbaycan xalqının qəhrəman oğlu, II Dünya müharibəsində (1939-1945) göstərdiyi igidlik və şücaətə görə iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adını almış, tank qoşunları general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsi cəbhələrində keçdiyi şanlı döyüş və həyat yolu barədə geniş danışıb. Q.Qafarlı çıxışında qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyində Həzi Aslanovun 33 adda kolleksiyası mühafizə olunur və bu materiallar Həzi Aslanovun həyat və fəaliyyəti, döyüş yolunun öyrənilməsi ilə bağlı dəyərli töhfədir.
Sonda həmin şöbənin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən muzeydə ekskursiya aparılıb və Həzi Aslanovun muzeyin ekspozisiyasında nümayiş olunan materialları haqqında ətraflı məlumat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.