Bu gün Vətən sevgisi, cəsarəti və fədakarlığı ilə qəhrəmanlıq salnaməsi yazan, təkbaşına düşmənə qarşı savaşaraq tarixə adını qızıl hərflərlə yazdıran Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündən 37 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının Zəfər Gününə həsr olunmuş zalından Milli Qəhraman Mübariz İbarimova aid şəxsi əşyaları təqdim edirik.
Qeyd edək ki, muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimovun istifadə etdiyi boks əlcəkləri və qum torbası, Sənədli mənbələr fondunda isə onun xüsusi taktiki hazırlıq qeyd dəftəri, “Əsgərlik həyatı” adlı dəftərçəsi, iki ədəd fotoşəkili qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.