Azərbaycan musiqisi qədim, zəngin ənənələrə malikdir və əsas tərkib hissəsi isə milli musiqi alətləridir. Azərbaycan musiqi alətləri üç əsas qrupa bölünür: simli, nəfəs və zərb alətləri. Hər bir alət özünəməxsus səs tembri və ifa üslubu ilə seçilir.
Təqdim etdiyimiz tar 1890-cı ildə Rəştdə keçirilən “Muğam” müsabiqəsində tarzən Mirzə Fərəcə mükafat olaraq verilib. Tarın çanağı və qolu tut ağacındandır, böyük çanağın 2 yan və baş tərəflərində sədəflə həkk edilmiş “Şiri-Xurşud” nişanı var.
Sözügedən eksponat hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.