“Miqrant ürək” adlı sərgi çərçivəsində nümayiş olunacaq əsərlər daha əvvəl Meksikanın müxtəlif bölgələrində, eləcə də ABŞ-nin Los-Anceles, Çikaqo, Dallas, Hyuston, Mayami və Nyu-York kimi iri şəhərlərində sənətsevərlərin ixtiyarına təqdim olunub. İndi isə bu əsərlər Azərbaycanda ilk dəfə olaraq Milli Azərbaycan Tarixi Muzeyində sərgilənəcək. Sərgi müxtəlif bölgələrdə tamaşaçıların böyük marağına səbəb olmuş əsərlərin Bakıya gətirilməsi ilə Azərbaycan sənət mühitinə yeni bir nəfəs qatacaq və mədəniyyətlərarası dialoqu daha da gücləndirəcək.
Sərgi ABŞ-də yaşayan 26 meksikalı və meksikalı-amerikalı rəssamın 45 əsərindən ibarət olacaq. Bu səyyar sərginin ideyası Xaricdəki Meksikalıların İnstitutunun dəstəyi ilə həyata keçirilən İkimilliyyətli Rəssamların Yaradıcılığı Günləri ərzində yaranmışdır.
Sərginin kuratoru Marikruz Sibaxa bu əsərlərin ilham mənbəyi haqqında fikirlərini bölüşərək, qeyd edib ki, səxavətlilik onun incəsənətində ana mövzu kimi çıxış edir və bu məfhumu insanlararası münasibətlərdə və insan-təbiət münasibətlərində əks etdirir.
Eyni zamanda, bu səyyar sərgi vasitəsilə Meksikanın xaricdəki səfirlik və konsulluqları meksikalı icmaların bədii istedadını yerli tərəfdaşlara təqdim etmək imkanını qazanır. Sözügedən əsərlər meksikalıların öz adət-ənənəsinə, mədəniyyətinə və incəsənətinə bağlı olduqlarını bir daha təsdiq edir.
Əsərlər müvəqqəti olaraq Bakı şəhərindədir və bir müddət sonra Meksikaya qaytarılacaqdır.
Qeyd edək ki, sərginin açılış mərasimindən sonra əsərlər 5 gün ziyarətçilərə təqdim olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.