Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş "Dünya azərbaycanlıları: tarix və müasirlik" mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov "ADF-nin “Azərbaycan” qəzetində milli, dini və multikultural ideyalara baxış" adlı məruzə ilə onlayn iştirak edib.
Beynəlxalq elmi konfransın materialları toplusu nəşr edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.