XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
04 Mart, 2025
Muzeyin əməkdaşı “Qafqaz Albaniyası xristianlığın forpostu” adlı filmdə çıxış edib

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov “Rossiya-Kultura” telekanalının “Əcdadlarımızın əcdadları” adlı verilişinin “Qafqaz Albaniyası xristianlığın forpostu” filmində çıxış edib. Sözügedən filmdə E.Məmmədov muzeyin ekspozisiyasında antik və erkən orta əsrlər dövrünü əks etdirən Qafqaz Albaniyasında xristianlıq dövrünə aid zəngin və unikal muzey kolleksiyası haqqında ətraflı məlumat verib. Eyni zamanda, E.Məmmədov qeyd edib ki, “bu kolleksiyada epiqrafik yazıları olan unikal arxeoloji materiallar da yer alır. Bu epiqrafik nümunələr albanşünaslıq sahəsində görkəmli alimlərə alban dilinin özünəməxsus zəngin ədəbiyyata və yazıya malik olmasını əminliklə söyləməyə imkan verir”.

Ətraflı keçiddə