Milli Azərbaycan Tarixi Muzeyində Bakı Avropa Liseyinin şagirdlərinin iştirakı ilə Novruz bayramına və "Od çərşənbəsinə" həsr olunmuş “Novruz görüşləri” adlı ustad dərsi keçirilib. Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşlarının köməkliyi ilə uşaqlar taxtadan hazırlanmış yumurta fiqurlarını rəngləyib, face art proqramında iştirak ediblər. Şagirdlər pazllar qurub, əyləncəli oyunlar oynayıblar.
Daha sonra kəndir dartma yarışı, Kosa və Keçəl ilə "yumurta döyüşü" keçirilib, maraqlı səhnəciklər təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.