13 Mart 2025-ci il saat 11-də Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans-Sərgi zalında Türkiyənin Kapadokya Universitetinin əməkdaşı Hümeyra Tüfekçi Parlak tərəfindən seminar keçiriləcək.
Seminar erməni köçürülməsinin səbəblərini izah edərək, Birinci Dünya Müharibəsindən əvvəl Anadoluda misionerlik fəaliyyətlərinin erməni separatçı hərəkatlarına necə təsir etdiyini araşdıracaq. Həmçinin, müharibə dövründə Osmanlı dövlətinin vəziyyəti tarixi mənbələr və arxiv sənədləri əsasında təqdim olunacaq. Seminar XVIII əsrin sonlarından etibarən Osmanlı imperiyasının çoxmillətli quruluşunun milliyyətçilik hərəkatlarının yüksəlişi ilə necə təhlükə altına düşdüyünü, Avropanın imperialist güclərinin Osmanlı torpaqlarındakı etnik qrupları qızışdıraraq imperiyanı parçalamağa çalışdıqlarını tədqiq edəcək. Bu kontekstdə, erməni köçürülməsi və bunun beynəlxalq münasibətlərə və imperiya daxilindəki etnik gərginliklərə necə təsir etdiyini müzakirə ediləcək.
Qeyd: Seminarda iştirak etmək üçün əlavə məlumat əldə etmək məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinə müraciət edə bilərsiniz. (Tel: 012 5981741)
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.