Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda mühafizə olunan kitab incilərindən biri də “Qafqaz təqvimi”- (Кавказский календарь) adlı çox nüsxəli nəşrdir. 1845-ci ildən 1916-cı ilə kimi Tiflisdə nəşr olunan “Təqvim” ildə bir dəfə çap olunub. Nəşrlərdə Qafqaz xalqlarının tarixi, etnoqrafiyası, təhsili, dini ayinləri, adət - ənənələri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, muzeyin Kitabxanasında kitabın 1853-cü ildən -1916-cı ilə kimi çap olunan nüsxələri qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.