XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
14 Mart, 2025
Türkiyənin Kapadokya Universitetinin əməkdaşı tərəfindən muzeydə seminar keçirilib

Türkiyənin Kapadokya Universitetinin əməkdaşı Hümeyra Tüfekçi Parlak tərəfindən  muzeydə seminar keçirilib.

Seminarda muzeyin əməkdaşları və “Böyük Qayıdış” Gənclər təşkilatının üzvləri iştirak ediblər. Hümeyra Tüfekçi Parlak seminarda ermənilərin köçürülməsinin səbəblərini izah edib, Birinci Dünya Müharibəsindən əvvəl Anadoluda misionerlik fəaliyyətlərinin erməni separatçı hərəkatlarına necə təsir etdiyi haqqında, həmçinin, müharibə dövründə Osmanlı dövlətinin vəziyyəti tarixi mənbələr və arxiv sənədləri əsasında ətraflı danışıb. Məruzəçi XVIII əsrin sonlarından etibarən Osmanlı imperiyasının çoxmillətli quruluşunun milliyyətçilik hərəkatlarının yüksəlişi ilə necə təhlükə altına düşdüyünü, Avropanın imperialist güclərinin Osmanlı torpaqlarındakı etnik qrupları təhrik edərək, imperiyanı parçalamağa çalışdıqlarını vurğulayıb. Bu kontekstdə, ermənilərin köçürülməsi və bunun beynəlxalq münasibətlərə və imperiya daxilindəki etnik gərginliklərə necə təsir etdiyi müzakirə olunub.

Seminarın sonunda muzeyin direktoru, akademik Nailə Vəlixanlı müzakirə olunan mövzunun tarixi həqiqətlərin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Hümeyra Tüfekçi Parlaka dəyərli araşdırmalarına görə təşəkkürünü bildirib.