“Milli Azərbaycan Tarixi Muzeyi – 2024” növbəti elmi məqalələr toplusu (Bakı, “Aspoliqraf”, 2024) işıq üzü görüb. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının baş redaktoru olduğu bu toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.
Topluda “Tarix”, “Muzey materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Arxeologiya”, “Etnoqrafiya”, “Yubileylər” bölmələri üzrə muzey əməkdaşlarının və digər tədqiqatçıların, alimlərin elmi araşdırmalarından ibarət məqalələri dərc olunub (Azərbaycan və rus dillərində).
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hər il çap olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.