Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş “Novruz görüşləri” adlı silsilə tədbirlər keçirilib. Tədbir zamanı müxtəlif məktəblərin şagirdlərinin iştirakı ilə ustad dərsləri keçirilib və şagirdlər əyləncəli oyunlara cəlb olunublar.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşlarının köməkliyi ilə uşaqlar taxtadan hazırlanmış yumurta fiqurlarını rəngləyib, pazllar qurublar.
Daha sonra kəndir dartma yarışı, Kosa və Keçəl ilə "yumurta döyüşü" keçirilib, maraqlı səhnəciklər təqdim olunub. Hər tədbirin sonunda tədbir iştirakçıları üçün muzeyin elmi ekspozisiyasında və H.Z.Tağıyevin ev- muzeyində ekskursiya təşkil olunub.
Muzeydə keçirilən bu kimi silsilə tədbirlər milli adət-ənənələrimizin yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.