Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında “Boğçalar” adlı yeni kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova, rəyçi muzeyin elmi katibi, t.ü.f.d, dosent Sevinc Nəsirova, müəllifi həmin şöbənin əməkdaşı Nurəngiz Qarayevadır.
Kataloqda muzeyin Etnoqrafiya fondunda qorunan ipək, darayı, qələmkar, qurama, tirmə, pilək tikməli, zərxara boğçalar və onlarla bağlı məlumatlar yer alıb.
Boğça qədim zamanlardan əşyaların qorunması və daşınması üçün istifadə edilən əsas məişət elementlərindən biridir. Tarix boyu müxtəlif ölçülərdə və formalarda hazırlanan boğçalar geyim, zinət əşyaları və digər məişət əşyalarının saxlanması üçün istifadə olunub. Arxeoloji qazıntılar və tarixi mənbələr Azərbaycanda toxuculuğun və parçadan istifadə ənənələrinin çox qədim olduğunu təsdiqləyir. Müasir dövrdə boğçalar daha çox toy və nişan mərasimlərində, həmçinin milli dəyərlərin qorunmasında istifadə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.