Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, şəhid Şükür Həmidovun doğum günüdür. Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənməsinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və ona "Qızıl Ulduz" medalı təqdim olunub. 2016-cı il mayın 10-da isə Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilib.
Polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə iştirak edib, oktyabrın 22-də isə doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön xətdə qəhrəmancasına şəhid olub, Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Milli Qəhrəman, şəhid Şükür Həmidovun şəxsi əşyaları (kamuflyaj rəngdə kitel, şalvar, hərbi yun sviter, istiləşdirilmiş gödəkçə, müxtəlif illərdə təltif olunduğu 10 ədəd fəxri fərman, hərbi çəkmə, baş geyimi, bel kəməri, hərbi səhra əlcəyi və üç ədəd fotoşəkil) qorunur, eyni zamanda muzeyin ekspozisiyasının “ Zəfər” zalında ictimaiyyətə təqdim olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.