2016-cı il aprelin 2-dən 5-dək Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu strateji əhəmiyyətə malik yüksəklikləri azad edərək Vətənimizin müdafiəsində böyük uğurlar qazandı. Sözügedən Hərbi əməliyyatlar vaxtı bir çox igid Azərbaycan əsgəri qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək şəhid oldu, onların fədakarlığı Azərbaycanın ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadı.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda 2016-cı ilin Aprel döyüşlərində iştirak edən qəhrəmanlara aid bir çox qiymətli materiallar qorunur. Bu nümunələr arasında şəhidlərimizin şəxsi əşyaları, döyüşlərdə istifadə etdikləri silahlar və sənədlər yer alır. 2021-ci ildə bu qiymətli materiallar “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə ictimaiyyətə təqdim edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.