Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin 105 illiyi ilə əlaqədar İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinə “Tarix danışan eksponatlar: 105 ilin xülaləsi" adlı seminar keçirilib.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyi binasının arxitekturası, istifadəyə verilmə tarixi, ümumi fəaliyyəti, fondları, muzeydə saxlanılan eksponatlar haqqında məlumatlar verilmişdir və muzeyin ekspozisiyasına ekskursiya təşkil olunmuşdur.
Seminarların keçirilməsində məqsəd şagirdlərə ölkəmizin qədim tarixi və milli-mənəvi dəyərləri haqqında ətraflı məlumat vermək, onların asudə vaxtlarını səmərəli təşkil etmək və dünyagörüş, bilik, bacarıq səviyyələrini artırmaqdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.