Milli Azərbycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə “Azərbaycan dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin rolu və yeri” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı müstəsna rolundan bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşması, daxili sabitliyin təmin olunması və davamlı inkişafı istiqamətində mühüm işlər görülmüşdür.
Sonda qonaqlar muzeyin ekspozisiyasında Ümumilli lider Heydər Əlieyivin fəaliyyətinə həsr olunmuş zalda nümayiş olunan eksponatlar ilə tanış olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.