“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, ICOM Azərbaycan Milli Komitəsinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə incəsənətşünas Olqa Latışeva tərəfindən “Müasir incəsənətin təşviqində korporativ incəsənət kolleksiyaların rolu” adlı təlim keçirilib. Təlimdə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, muzeyin meneceri Kubra Dadaşova iştirak ediblər. Təlimdə iştirakçılara Azərxalçanın müxtəlif rəssamlarla birgə layihələrinin təqdimatı haqqında geniş məlumat verilib. Proqram çərçivəsində iştirakçılar mövzu üzrə nəzəri biliklərlə tanış olub və əldə etdiyi bilikləri möhkəmləndirmək məqsədilə pratiki tapşırıqlarda iştirak ediblər.
Sözügedən təlim intensiv sessiya formatında keçirilb və biznes ilə müasir incəsənət arasında qarşılıqlı əlaqənin əsas aspektlərinə həsr olunub.
Sonda tədbir iştirakçıları sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.