Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə elmi seminar keçirilib. Seminarda muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov “S.Ə.Şirvaninin yaradıcılığında dini maarifçilik mövzusuna dair” adlı məruzə ilə çıxış edib, şairin islam vəhdəti, dini maarifçilik görüşləri, xurafat və mövhumat və şah rejimi əleyhinə mübarizəsi haqqında məlumat verib. Məruzə maraqla qarşılanıb, verilən suallar cavablandırılıb. Seminarda kollecin müəllim-tələbə heyəti, muzey əməkdaşları iştirak edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.