7 aprel 1906-cı ildə Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbi və ictimai fikir tarixində yeni bir səhifə açaraq, illüstrasiyalı satirik ədəbiyyatın ilk nümunəsi kimi fəaliyyətə başlamışdır. Jurnalın baş redaktoru böyük maarifçi yazıçı Cəlil Məmmədquluzadə, təsisçiləri isə Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əli Nəzmi və dövrün digər ziyalıları olmuşdur. “Molla Nəsrəddin” jurnalı 25 il ərzində müxtəlif dövrlərdə Tiflis (1906–1917), Təbriz (1921) və Bakı (1922–1931) şəhərlərində nəşr olunaraq geniş oxucu auditoriyasına çatmışdır. Jurnalın əsas məqsədi cəmiyyətdəki sosial ədalətsizliyi, mövhumatı, geriliyi kəskin satirik dillə ifşa etmək, maarifçilik ideyalarını yaymaq və xalq arasında ictimai şüurun formalaşmasına töhfə vermək olmuşdur.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında yer alan, milli satiranın zəngin nümunəsi kimi ziyarətçilərə təqdim olunan “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələrini təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.