Milli Azərbaycan Tarixi Muzeyinin 105 illiyi ilə əlaqədar muzeyin maarifləndirici fəaliyyəti çərçivəsində növbəti seminar təşkil olunub. Muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin şagirdləri üçün seminar keçirib (fotoslaydın müşayiəti ilə). Q.Qafarlı "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında milli-mənəvi dəyərlərimizin əksi" adlı seminarda muzeyin tarixi, yerləşdiyi bina, strukturu, ekspozisiyası, fondları eyni zamanda, H.Z.Tağıyevin ev- muzeyi və həyatı haqqında ətraflı məlumat verib.
Seminar şagirdlər tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.