Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2025-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə ölkə miqyasında silsilə tədbirlər həyata keçirilir.
Sözügedən tədbirlər çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda qorunan, bəstəkarın xatirəsinə həsr olunmuş unikal faleristik və filatelistik materialları təqdim edirik (Üzeyir Hacıbəylinin 80 illiyi münasibətilə zərb edilmiş stolüstü medal, “Üzeyir Hacıbəyli adına Azərbaycan SSR Dövlət mükafatı laureatı” döş nişanı, “Üzeyir Hacıbəyli adına simfonik orkestr. 60 il” döş nişanı, “Ü.Hacıbəyov” yazısı ilə döş nişanı, zərf, marka).
Təqdim olunan materiallar Üzeyir Hacıbəyli irsinin tədqiqatçıları üçün mühüm mənbə sayılır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.