AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən ilk dəfə “Könüllülük proqramı” çərçivəsində gənc könüllülərə muzeyşünaslıq sahəsində maarifləndirici tədbir keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- muzeyin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova “Dünya və Azərbaycan muzeyləri. Muzeylərin yaranma ənənəsi və muzey siyasəti”, Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə “Muzey ekspozisiyalarında arxeoloji materialların təqdimatı” və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov “Muzey ekspozisiyası və sərgilərdə ziyarətçini cəlb edə biləcək ‘qarmaq’ların (hooks) önəmi” adlı mövzularla çıxış ediblər.
“Könüllülük proqramı” akademik arxeologiyanın aktual problemləri ilə fənlərarası yanaşmaların əlaqələndirilməsi, interaktiv və praktik muzey fəaliyyəti, eləcə də turizm bələdçiliyi istiqamətində könüllülük fəaliyyətinə dəstək məqsədi daşıyır.
Tədbir zamanı iştirakçıların muzeyşünaslığa göstərdikləri maraq və innovativ yanaşmalar muzeyin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.