Milli Azərbaycan Tarixi Muzeyinin dissertantı, t.ü.f.d. Əli Fərhadov AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclasında “Vətən tarixi” ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “XIX-XX əsrin əvvəllərində Azərbaycanda dini proseslər” mövzusunda təqdim edilmiş dissertasiya işini müdafiə edib.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa rəsmi opponentlər, rəyçilər və digər qonaqlar iştirak ediblər. İddiaçı uğurla müdafiə edib və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirilib.
Muzeyin əməkdaşına elmi fəaliyyətində uğurlar arzu edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.