Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında qorunan nadir nəşrlərdən biri- “Rusiyanın Zaqafqaziya mülklərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə tədqiqatları” (Обозрение Российских владений за Кавказом, в статистическом, этнографическом, топографичесоком и финансовом отношениях) adlı kitabdır.1836-cı ildə Sankt-Peterburqda Rusiya İmperiyasının Daxili Ticarət Departamenti tərəfindən nəşr olunan bu əsər dörd hissədən ibarətdir. Onun III və IV hissələrində Azərbaycanın Bakı, Quba, Naxçıvan, Gəncə, Qarabağ, Şəki və Şirvan bölgələri haqqında ətraflı təqdim olunur. Kitabda XIX əsrin birinci yarısına aid olan tarixi hadisələr, inzibati bölgülər, iqlim və təbii resurslar, pul dövriyyəsi, daxili və xarici ticarət əlaqələri, Xəzər dənizindəki gəmiçilik, əhali sayı və dini mənsubiyyət kimi məlumatlar əks olunub.
Qeyd edək ki, bu hissələrdə yer alan materiallar tədqiqatçı Vasiliy Leqkobıtov tərəfindən toplanaraq sistemləşdirilib. Nəşr həm tarixi baxımdan, həm də statistik və etnoqrafik cəhətdən mühüm mənbə kimi dəyərləndirilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.