Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında Bakı Dövlət Universitetinin “Dövlət və ictimai əlaqələr” ixtisası üzrə təhsil alan I kurs bakalavr tələbələri üçün "Arxeo" klubun növbəti təlimi keçirilib. Praktiki təlim Azərbaycanın arxeoloji irsinin tədqiqinə fundamental töhfələr vermiş, tanınmış arxeoloq İshaq Cəfərzadənin elmi irsinə həsr olunub. Təlim muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Emin Məmmədov tərəfindən keçirilib. E.Məmmədov tələbələrə Azərbaycan arxeologiyasının təşəkkülü və inkişaf mərhələləri, xüsusilə İ.Cəfərzadənin arxeoloji tədqiqatlara gətirdiyi elmi-metodoloji yeniliklər və onun irsinin bu gün də elmi dövriyyədə aktual olaraq qalması barədə ətraflı məlumat verib. E.Məmmədov İ.Cəfərzadənin rəhbərliyi ilə həyata keçirilmiş ekspedisiyalar, əldə olunmuş arxeoloji tapıntılar və onların muzey fondlarında qorunub saxlanılması ilə bağlı məsələləri xüsusi vurğulayıb.
Sözügedən təlim gənc nəslin milli irsə marağının artırılması və arxeoloji dəyərlərin cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli təcrübə hesab olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.