Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Akademik Zərifə Əliyeva oftalmologiya elminin inkişafında misilsiz xidmətlər göstərmiş, 12 monoqrafiyanın, bir sıra dərs vəsaitlərinin və 150-yə yaxın elmi işin müəllifi olmuşdur. Onun zəngin elmi irsi bu gün də aktuallığını qorumaqdadır.
Görkəmli oftalmoloq- alim Zərifə Əliyevanın anım günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunan fotoşəkilini təqdim edirik. Sözügedən fotoşəkil həm onun peşəkar fəaliyyətini, həm də tibb sahəsinə olan sonsuz bağlılığını əyani şəkildə nümayiş etdirir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.