Milli Azərbaycan Tarixi Muzeyinin 105 illiyi ilə bağlı muzeyin ekspozisiyasında Bakı Dövlət Universitetinin Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə II kurs tələbələri üçün “Arxeo” klubun növbəti təlimi keçirilib.
Təlimdə muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “Azərbaycanın arxeoloji irsinin öyrənilməsində, mühafizəsində və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin rolu” adlı məruzə ilə çıxış edib. N.Quluzadə məruzəsində muzeyin fəaliyyətindən danışaraq, arxeoloji irsinin tədqiqi, fondlaşdırılması, elmi-pasportlaşdırılması barədə ətraflı məlumat verib. Həmçinin, muzeyin fondlarında qorunan nadir arxeoloji artefaktların ölkəmizin qədim tarixi və mədəni irsinin öyrənilməsində mühüm rolu olduğunu vurğulayıb.
Tədbirin sonunda tələbələr muzeyin ekspozisiyasında nümayiş etdirilən arxeoloji eksponatlarla tanış olublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.