Akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə“ Akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığının Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlar əsasında tədqiqi” mövzusunda çıxış edib (fotoslaydın müşayiəti ilə). Q.Qafarlı akademik Yusif Məmmədəliyevin kimya elminin, müasir neft kimyası sənayesinin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, onun 200-dən artıq elmi məqalənin və 6 monoqrafiyanın müəllifi olduğunu, alimin ixtirasının məhsulu olan yeni yanacaq texnologiyasının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rol oynadığını vurğulayıb. Həmçinin, Q.Qafarlı çıxışında qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Yusif Məmmədəliyevin bir çox şəxsi əşyası və sənədləri qorunur.
Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.