XƏBƏRLƏR
06 May, 2025
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direktoru, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü, xalça və miniatür sənəti sahəsində tanınmış xalçaçı rəssam, dünyanın müxtəlif ölkələrində bir çox nüfuzlu incəsənət mükafatlarına layiq görülmüş Karim Mirzəeə qonaq olub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Karim Mirzəeəni muzeydə görməkdən məmnunluğunu ifadə edib və Milli Azərbaycan Tarixi Muzeyinin zəngin irsi, fəaliyyəti və xüsusilə də xalça kolleksiyası barədə geniş məlumat verib. Görüş zamanı Azərbaycanın xalçaçılıq ənənələrinin qorunması və təqdimatı mövzusunda fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Səmimi və işgüzar söhbətdən sonra qonaq muzeyin daimi ekspozisiyası ilə yaxından tanış olub, Azərbaycanın qədim dövrlərdən müasir dövrə qədər zəngin tarixi, mədəni irsi və bənzərsiz sənət nümunələri barədə ətraflı məlumatlandırılıb. Xüsusilə, xalçaçılıq sənəti və tətbiqi sənət nümunələri Karim Mirzəeənin böyük marağına səbəb olub. Ziyarət zamanı Karim Mirzaee muzeydə qorunan və nümayiş etdirilən xalçaların yüksək sənətkarlıq səviyyəsini, ornamentikasının zənginliyini və milli ruhu qoruma qabiliyyətini yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın xalçaçılıq irsinin dünya səviyyəsində daha geniş tanıdılması üçün birgə layihələr təşkil etmək barədə təkliflərini də irəli sürüb.
Sonda xatirə fotosu çəkilib.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.